Ona sataşan kişini ərinin tapançası ilə güllələdi - Fotolar

Bursa sakini, 4 uşaq anası olan 32 yaşlı Neşe Aydın onun telefonuna zəng vuran, sataşan və əxlaqsız təkliflər edən 30 yaşlı Ümit Şahinə tapançadan 4 atəş açaraq qətlə yetirib.
 
Olay Osmanqazi rayonundakı Mollafenari məhəlləsində, Kestanelik küçəsində yaşanıb. Qənnadı dükanında çalışan Neşe Aydının telefonuna Ü.Şahin tez-tez zəng vurur, əxlaqsız təkliflər edirdi. Neşe Aydın bu şəxsdən ondan əl çəkməyi tələb etsə də, Ümit Şahin inadında qətiyyətli olub.

Dünən Ümit Şahin yenə zəng vuranda Neşe Aydiın ona "Axşam evimə gəl" deyib. Şahin də Neşenin yaşadığı evin qarşısına gəlib. Ümiti görəndə Nəşə evdən çıxıb və ərinin tapançası ilə Ümiti güllələyib. Neşe Aydın daha sonra polisə zəng vurub, adam öldürdüyünü deyib. Qadın hadisə yerinə gələn polislərə təslim olub./milli.az/
 




MediaFax