Olimpiadada faciə: idmançının beli qırıldı - Video

Braziliyada keçirilən Olimpiadada daha bir idmançı ciddi zədə alıb.
 
Hollandiyalı velosipedçi xanım Annemik van Vlyuten sürətli yürüş zamanı idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.
 
Qəza nəticəsində idmançının onurğası sınıb. Xəstəxanaya çatdırılan idmançıya həmçinin baş beyin silkələnməsi diaqnozu qoyulub.
 
Qeyd edək ki, hadisə baş verən yerdə həmin idman üzrə kişilər arasında keçirilən yarışda italyan atlet da yıxılmışdı./publika.az/
 


MediaFax