Obama son çıxışını edəcək - Bu gün

ABŞ-ın hazırki prezidenti Barak Obama dekabrın 6-da Florida ştatında dövlət başçısı kimi sonuncu çıxışını edəcək. 

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods deyib. Onun sözlərinə görə, Obamanın prezident postunda sonuncu çıxışı ABŞ milli təhlükəsizliyinə həsr olunacaq.
 
Rods bildirib ki, Barak Obama çıxışında terrorçuluğa qarşı, xüsusilə İŞİD və "Əl-Qaidə”yə qarşı mübarizədən danışacaq, ABŞ qoşunlarının sayının İraq və Əfqanıstanda 180 mindən 15 minə qədər azaldılması ilə bağlı görülən işlərə toxunacaq.

"Bundan başqa, Obama qeyd edəcək ki, son iki ildə İŞİD terror qruplaşması işğal etdiyi ərazilərin yarıdan çoxunu itirib, dəstənin maliyyələşdirilməsinin qarşısı alınıb və qruplaşmaya qoşulanların sayı azalıb”./modern.az/
 
MediaFax