Obama səs verdi

ABŞ prezidenti Barak Obama noyabrın 8-inə təyin olunmuş prezident seçkilərində vaxtından əvvəl səs verib.
 
Bu barədə məlumatı Ağ Ev yayıb.
 
Hazırkı prezident dövlət başçısı seçilməzdən əvvəl yaşadığı Çikaqoya seçkiqabağı səfəri zamanı səsvermədə iştirak edib. Birləşmiş Ştatlarda seçicilərin əhəmiyyətli hissəsi vaxtından əvvəl və ya poçtla səs verir.
 
Barak Obamanın prezident kürsüsündə ikinci səlahiyyət müddəti 2017-ci ilin yanvarında başa çatacaq və qanunvericiliyə görə, o, növbəti müddətə prezidentliyə namizəd ola bilməz.
 
Prezidentlik uğrunda sabiq dövlət katibi, demokratların namizədi Hillari Klinton və respublikaçı Donald Tramp mübarizə aparır. Hillari Klinton seçkilərə bir ay qalmış prezidentlik yarışının favoriti sayılır./APA/

MediaFax