Obama iblis ittihamına cavab verdi - Video

Barak Obama respublikaçı namizəd Donald Trampı dəstəkləyən "İnfoVars” saytının qurucusu Aleks Conesin iddialarına cavab verib.
 
Obama "Bizim kükürd kimi qoxuduğumuzu söyləyib” deyə, radio proqramında onun və Klintonun iblis olduğunu iddia edən Conesin sözlərini xatırladıb. O, daha sonra özünün iblis olmadığını yoxlamaq üçün qolunu iyləyib.
 
Obama qeyd edib ki, əgər insanlar belə şeylərə inansalar, heç vaxt onları dəstəkləyən liderə sahib olmayacaqlar.
Qeyd edək ki, Cones radio proqramında "Hillarinin ətrafındakı insanlar mənə onun içinə şeytan giribmiş kimi qoxuduğunu deyib. Nə qədər pis qoxu gəldiyini düşünün. Mənə onun və Obamanın çox pis qoxuduğunu deyiblər. İblisi yuyaraq çıxara bilməzsiniz”, - deyə Obama və Klintonu iblisə bənzədib. /axar.az/
 

MediaFax