“O, yerini bilməlidir” - Tanınmış futbolçu

"Zirə"ylə oyunda aqressiv görünən "Qəbələ"nin kapitanı Rəşad Sadiqov meydandan qovulmalı olsa da, oyunun baş hakimi Ömər Paşayev ona qırmızı vərəqə göstərməyi lazım bilmədi.

Həmin qarşılaşmadakı davranışlarıyla diqqət çəkən Rəşad Sezar Meza Kolliylə kəllə-kəlləyə gəldikdən sonra gənc futbolçu Vüqar Mustafayevlə də münaqişə yaşayıb. 

Sadiqov "Futbol+" qəzetinin sorğusuna cavab olaraq maraqlı fikirlər səsləndirib: "Vüqar Mustafayevdən söz soruşdum, mənə "yaxşı edirəm" cavabını verdi.

Məndən 10 yaş balacadı, yerini bilməlidi. Yekəbaşlıq etmək olmaz. Şükür Allaha, söyüş işlətmirik, alçatmırıq. Bizdən əvvəlki futbolçuların yanlarına düşsəydilər, oturub ağlayardılar. Ona görə də itələdim ki, yerini tanısın, qarşısındakı təcrübəli futbolçuya cavab verməyi bacarsın"./qafqazinfo.az/

MediaFax