O da məşhur serialı xilas edə bilmədi - Video

Ötən gün yayımlanan "Muhteşem Yüzyıl: Kösem” serialının reytinq göstəriciləri məlum olub.

Birinci sezonun son ayları siyahıda irəliləyən və uğur qazanan ekran işi ikinci mövsümdə layihə prodüserlərini məyus edib.

Belə ki, Star TV-dən Fox TV-yə transfer olan tarixi layihə Total siyahısında 25-ci yerdə qərarlaşıb.

AB reytinqində isə 15-cı sırada öz yerini tutub. Ötən gün ən çox izlənən ekran işi isə "Aşk ve Mavi" olub.

Xatırladaq ki, serial yeni komanda ilə mövsümə iddialı girməyi planlaşdırmışdı.

Layihədə baş rolları Nurgül Yeşilçay, Farah Zeynep Abdullah, Caner Cindoruk kimi məşhur ulduzlar canlandırır./qafqazinfo.az/
 

MediaFax