Nyu-Yorkda güclü partlayış - 29 yaralı var

ABŞ-ın ən populyar şəhəri olan Nyu-Yorkda güclü partlayış olub.
 
Partlayış nəticəsində 25 nəfər xəsarət alıb.
 
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə  Nyu-Yorkun yanğından mühafizə idarəsi məlumat yayıb.
 
Məlumata görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur.   
 
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir./APA/
 
X X X

Nyu-Yorkda partlayış xəsarət alanların sayı 29 çatıb.

Trend-in RİA Novosti-yə istinadən məlumatına görə, şəhər polisinin rəhbəri bildirib ki, yaralılardan birinin vəziyəti ağırdır.

MediaFax