Noyabrın son günü üçün - Hava proqnozu

Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.

Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi  ilə əvəz olunacaq.
Havanın temperaturu gecə  4-7° isti, gündüz  9-12° isti,
Bakıda gecə  5-7° isti, gündüz  9-11° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  758 mm civə sütünundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 %  təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
 
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşam ayrı-ayrı şimal və qərb rayonlarında yağış  yağacağı, sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə  2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti  olacağı gözlənilir.

MediaFax