Nobel Sülh mükafatını alan prezident danışdı - Yenilənib

2016-cı il üçün Nobel Sülh mükafatının sahibi açıqlanıb.
 
Mükafata Kolumbiya prezidenti Xuan Manuel Santos Kalderon layiq görülüb.
 

O, Kolumbiya İnqilabi Silahlı Qüvvələri ilə hökumət arasında sülh əldə olunmasına görə Nobel Sülh mükafatına layiq bilinib. Tərəflər arasında sülh müqaviləsi bu il sentyabrın 26-da imzalanıb.
 
Qeyd edək ki, ölkədə vətəndaş müharibəsi 50 ildən artıq davam edib. 220 min nəfər 1964-cü ildən başlayan müharibənin qurbanı olub./APA/
 
---------
16:35
 
Kolumbiya prezidenti Xuan Manuel Santos Nobel sülh mükafatına layiq görülməsi ilə bağlı danışıb.

Dövlət başçısı mükafatını xalqına həsr etdiyini deyib:

"Mən bu mükafatı onların – bu müharibədə çox əziyyət çəkən Kolumbiya insanlarının adına alıram”.

Santos, həmçinin tezliklə Kolumbiyada müharibənin başa çatacağına əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, prezident bu mükafata Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə əldə etdiyi atəşkəsə görə layiq görülüb./qafqazinfo.az/
 
MediaFax