Nobel prospektində metro açılacaq

İnkişaf sxeminə uyğun olaraq, yeni stansiyalar Nobel prospektində (Bakı-Ağ şəhər layihəsinin ərazisində) yerləşəcək.

Bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisinin sözlərinə görə, Y-14, Y-15, Y-16 şərti adları daşıyan stansiyalar, Xətai və Həzi Aslanov-2 stansiyalarını birləşdirməyi nəzərdə tutub.

Stansiyaların yerləşdiyi ərazilərdə tikintiyə başlamaq üçün hazırlıq işləri başlayıb./fins.az/

MediaFax