Bəy atasından sərt açıqlamalar: “Qız evinə xəbər göndərmişəm ki...” - Eksklüziv

Toya bir gün qalmış nişanlısı başqasına qoşulub qaçan bəyin vəziyyəti yaxşı deyil.

Bu barədə gəlini başqasına qoşulub qaçan bəyin atası MediaFax.Az-a bildirib. Onun sözlərinə görə, bu hadisədən bütün ailə sarsılıb: "Bundan sonra neyləsək də nəsə geri qaytmayacaq. Qızla oğlan hara gedib hələ bilinmir. Açığı biz də maraqlamırıq. Qohum olsaq da aramızda yaranan bu hadisədən sonra  münasibətlər düzəlməyəcək. Mənə elədiklərini etdilər. Gəlinin cehizləri bizdədir, hələ aparmayıblar”.

Bəy atası gəlinin cehizini saxlamaq niyyətində olmadığını vurğulayıb: "Cehiz mənim nəyimə lazımdır. Nəyi varsa aparsın”.

Qeyd edək ki, Ağsu rayonunda qız toyuna bir gün qalmış başqası ilə qaçıb. Qızın qaçma səbəbi ailəsinin onu sevmədiyi oğlanla evliliyə məcbur etməsidir.