Nişanlı qızın üzüyünü oğurladılar

Nizami Kino Mərkəzində nişanlı qızın üzüyünü oğurlayıblar.

Nişanlı qız əlini yumaq üçün kino mərkəzinin sanitar qovşağına girib və 9000 manatlıq nişan üzüyünü çıxararaq kranın yanına qoyub. Bir saatdan sonra yadına düşüb ki, üzüyü kranın yanında qalıb. Geri qayıdanda üzüyünün naməlum şəxslər tərəfindən götürüldüyünü görüb.

Nizami Kino Mərkəzinin mətbuat Mərkəzinin rəhbəri Arzu Əhədova saytımıza bildirib ki, onların əməkdaşları sanitar qovşağın yanında dayanmır. "İçəridə kameralar yoxdur. Hüquq-mühafizə orqanları koridorun görüntüsünə baxış keçirib, içəri girənlər ancaq tamaşaçılardan olub. Qız nişanlısı ilə olub. Nişanlısı koridorda gözləyib, qız ordan çıxandan bir saatdan sonra yadına düşüb ki, üzüyü kranın yanıda qalıb.”

Arzu Əhədova qeyd edib ki, tamaşaçılardan kimsə üzüyü götürübsə, buna qurum cavabdehlik daşımır./aznews.az/

MediaFax