Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd edildi - Fotolar

Görkəmli sənətkar, xalq artisti, unudulmaz aktrisa Nəsibə xanım Zeynalovanın 100 illik yubileyi qeyd edilib.

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən tədbir mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sənətkar haqqında çıxışı ilə başlayıb.

Daha sonra Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov Nəsibə xanımla bağlı xatirələrini bölüşüb.

Tədbirdə xalq yazıçısı Elçin Əfəndiyev, xalq artisti Fərhad Bədəlbəyli, əməkdar artist Bəhram Bağırzadə və başqaları iştirak edib./axar.az/
 



MediaFax