Neftin qiyməti 50 dolları keçdi

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir.

Bu barədə hərracların son nəticələrinə istinadən xəbər verilir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,65% bahalaşaraq bir barelə görə 50,05 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 1,87% artaraq 47,93 dollara satılıb./oxu.az/

MediaFax