Neftimiz büdcə qiymətinin ikiqatına satılır

Dünya bazarında neftin bahalaşması davam edir.
 
Nyu-York birjasında "Layt” markalı neftin bir barreli 0,21 dollar bahalaşaraq 46,79 dollar, London birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 49,85 dollar olub.

AZƏRTAC-ın 18 avqust məlumatına görə, "AzəriLayt” markalı neftin bir barreli 0,35 dollar bahalaşaraq 50,29 dollara qalxıb. Bu, büdcə qiymətindən 25 dollardan çox yuxarı qiymətdir. Azərbaycanın dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

MediaFax