Nazirliyin qərarı Kadırovu əsəbləşdirdi

Rusiya Maliyyə Nazirliyi hər il dövlət büdcəsindən Çeçenistana ayrılan pulların azaldılmasını təklif edib.

Təklifdən narazı qalan Ramzan Kadırov Maliyyə Nazirliyinin qərarını qəbuledilməz sayıb. Belə ki, region hələ təzə-təzə dirçəlir.

"Rusiya Maliyyə Nazirliyinin təklif etdiyi büdcə variantı bizi qane etmir. Əvvəlki illərdə ölkədəki iqtisadi vəziyyəti nəzərə alanda biz nazirliyin tələbləri ilə razılaşırdıq. Müharibə sonrası ağır vəziyyətə baxmayaraq, Çeçenistanın büdcəsi məhdud idi. Biz də bununla razılaşırdıq” – Kadırov belə deyib.

Kadırova görə ölkənin digər regionları müharibədən çıxmasa da büdcələri olduğu kimi təsdiq edilib./avropa.info/


MediaFax