Nazirlikdən çörəyin bahalaşması xəbərinə - Reaksiya

İqtisadiyyat Nazirliyi çörəyin bahalaşması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

"Qafqazinfo”ya açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev xəbəri təkzib edib: "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinqlər zamanı çörəyin qiymətində artım müşahidə olunmayıb. Əgər hər hansı bir dəyişiklik baş verərsə, bu məsələ araşdırılacaq”.

MediaFax