Nazirdən turizm açıqlaması - Video

Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən, Şamaxıdan Balakənə qədər olan ərazidə turizm infrastrukturu daha da gücləndirilməlidir. 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu istiqamətdə görüləcək işləri açıqlayıb.

"Hazırda təkliflər hazırlanır. Şimal-qərb bölgəsində və ümumilikdə, Azərbaycanın digər dilbər yerlərində turizmin inkişafı üçün xüsusi zonaların yaradılması məsələsi gündəmdədir və bu istiqamətdə iş gedir. Burada tarixi abidələrin bərpası  ilə yanaşı, turistlər üçün xüsusi dayanacaqların yaradılması, mədəni xidmətlərin çeşidliliyinin gücləndirilməsi, həmçinin kadr hazırlığı ilə bağlı təkliflər irəli sürülüb”- deyə nazir bildirib./musavat.com/


MediaFax