Nazir istefa verib Kanadaya qaçıb?

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun vəzifəsindən istefa verərək Kanadaya qaçdığı barədə iddialar var.
 
Bu barədə "Regnum" agentliyi Ukrayna Ali Radasının sabiq deputatı Oleq Sarevə istinadən xəbər yayıb.

Bildirilir ki, Avakov ölkədən Kanadaya xidməti ezamiyyət adı ilə çıxdığı vaxt istefa ərizəsini göndərib. Bundan az əvvəl Avakovun fəaliyyəti ilə bağlı Ukrayna prokurorluğunda yoxlamalar başlanmışdı. 

Avakov həm də Ukraynada yaşayan Azərbaycanlı iş adamlarına qarşı təxribatlar, həbslər və sıxışdırmalarda günahlandırılırdı.

Onun Odessanın sabiq qubernatoru Mixail Saakaşvili ilə münasibəti də düşməncəsinə idi.

Qeyd edək ki, Avakov sovet dönəmində Bakıda doğulub./musavat.com/

MediaFax