Nazir gəlini yeni imicdə - Foto

Azərbaycanlı müğənni Safura Əliyeva son zamanlar "İnstagram” bloqunda daha aktivdir.

BAKU.WS-in məlumatına görə, hər gün izləyiciləri üçün fotolarını yayımlayan "Eurovision" təmsilçimiz, bu dəfə imicindəki dəyişikliklə hər kəsi təəccübləndirib. 

O, hər zaman görməyə adət etdiyimiz uzun saçlarını kəsdirərək, imicində yenilik edib. Safuranının pərəstişkarları isə ona uzun saçların yaraşdığını yazıb.
 
Qeyd edək ki, Safura energitika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın bir oğlan övladı var. O, Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.
 


MediaFax