NATO bayraqlarını endirdi

Yeni il gecəsi İstanbulun məşhur "Reina" gecə klubunda baş verən terror hadisəsinə görə NATO Brüsseldəki qərargahı önündəki bayraqlarını yarıya qədər endirib.

Anadolu agentliyi xəbər verir ki, NATO belə bir addımla Türkiyəyə dəstək nümayiş etdirdiyini bəyan edib. NATO-nun baş katibi Jens Stolenberq terror aktını pisləyən bəyanatla çıxış edib.

NATO-nun və üzv ölkələrin qərargah qarışındakı bayraqları iki gün ərzində bu vəziyyətdə qalacaq./aznews.az/

MediaFax