Natiq Cəfərli manata şeir yazdı - Həbsxanada

Respublikaçı Alternativ (ReAl) Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli həbsxanada daha bir şeir yazıb 

Natiq Cəfərlinin yazdığı növbəti şeir milli valyutamız olan manata həsr olunub. 

Həmin şeiri təqdim edirik:

Manat qalıb ortada
Ərşə çıxıb naləsi,
FED bu ay toplantıda
Hiss edilir nəfəsi.
 
Neftimiz düşüb taxtdan
Üzünə baxan yoxdur,
Qaz da düşüb dəyərdən
İndi qaz satan çoxdur.

Ölməyə dollar lazım
Manata isə "doxtur”,
Qurusun dilim-ağzım
Deyəsən işlər......tortdur.

Qeyd edək ki, həbsdə olan Natiq Cəfərli daha əvvəl həyat yoldaşına şeir həsr etmişdi. 

REAL-ın icra katibi N. Cəfərli avqustun 12-də saxlanılıb və barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir./politika.az/
 
 

MediaFax