Natiq Cəfərli haqqında qərar verildi - Yenilənib

09.09.2016 
20:17 

"Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.
 
Bu barədə vəkil Cavad Cavadlı açıqlamasında bildirib.
 
O qeyd edib ki, Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.
 
N. Cəfərli özü isə açıqlamasında bu qərarın Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında verildiyini qeyd edib.
 
"Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
 
------------------
10.09.2016 
12:46
 
REAL hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.
 
Bu barədə vəkil Cavad Cavadlı məlumat verib. O bildirib ki, istintaq orqanı tərəfindən bu gün başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib: "Bu, o deməkdir ki, Natiq bəy Bakı şəhərini tərk edə bilməz, ittiham olduğu kimi qalır və istintaq davam edir”.
 
Qeyd edək ki, N. Cəfərli ötən gün azadlığa buraxılıb. Nəsimi rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib.
 
N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir./APA/
 
------------------
09.09.2016 
20:17  



MediaFax