Narkotik alverçiləri polisləri təəccübləndirdi

Türkiyənin Bursa şəhərində Gəmlik Rayon Təhlükəsizlik xidmətinin əməkdaşları polisin "saxla” əmrinə məhəl qoymayan avtomobili qısa müddətdə yaxalaya bilib.

Türkiyə KİV-ləri xəbər verir ki, saxlanılan avtomobildə olan 5 nəfərin üzərində narkotik vasitə aşkarlanıb.
 
Həmin narkotik vasitələrin "Uşaqlarınıza mənəvi dəyərlər qazandırın” adlı kitabın səhifələrinə bükülməsi polisləri təəccübləndirib.
 
Narkotik alverçiləri ifadə verdikdən sonra həbs edilib./aznews.az/

MediaFax