Nağd avro alanların sayı artıb

Azərbaycanda bu ilin iyun ayında əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində kommersiya banklarından xalis avro alışı 18 721,4 min təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, iyun ayında əhalinin avro tələbi may ayı ilə müqayisədə 11 620,1 min və ya 1,6 dəfə artıb. 

Ümumiyyətlə, əhali 2016-cı ildə kommersiya banklarından 99 558,7 min xalis avro alışı həyata keçirib.

Keçən ilin iyununda isə bankların əhaliyə xalis avro satışının həcmi 77 244,3 min təşkil edib.

Əhalinin avroya tələbinin artması əsasən iyun ayında Avropa ölkələrinə tətilə gedənlərin sayının mövsümi olaraq çoxalmasından irəli gəlir./report.az/

MediaFax