Müsavat Kərimlini müdafiə etdi

Razi Nurullayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavinliyi vəzifəsindən getdikdən sonra eyni adlı qurum yaratdığını bəyan etdi.
 
Lakin bu yaxınlarda Razi Nurullayevin AXCP-sində kütləvi istefalar oldu.

Məsələyə Müsavat Partiyası da reaksiya verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki,  Razi Nurullayevin AXCP adına iddia etməsi yanlışdır.

"AXCP Əli Kərimlinin rəhbərlik etdiyi partiyadır. Müsavat Partiyası öz mövqeyini 2 il bundan əvvəl sərgiləyib. Ona görə də əlavə baş verən hadisələr bizi maraqlandırmır.
 
Müsavat Partiyasının tanıdığı, Əli Kərimlinin rəhbərlik etdiyi qanuni partiyadır. Razi Nurullayevin AXCP-si isə  Əli Kərimlinin sədri olduğu AXCP-yə alternativ ola bilməz.”/modern.az/

MediaFax