Münhen qan içində: 10 ölü, 21 yaralı

Almaniyanın Münhen şəhərində silahlı insident olub.
 
"Olympia” ticarət mərkəzində baş vermiş insident nəticəsində 10 nəfər ölüb, 21 yaralı var.
 
Bildirilir ki, naməlum silahlı şəxs ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb.
 
 
Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Son məlumatlarda isə, insanlara atəş açan şəxsin cinayəti tək törətdiyi, sonradan özünə qəsd etdiyi bildirilir. 
 
MediaFax