Müəllimlərdən narazılıq etdi: “Öyrədə bilmirlər”

"Bu gün ölkənin neft sənayesində ən böyük problem təhsil müəssisələrində kimya fənninin tədrisi ilə bağlıdır".
 
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov bildirib.

V. Abbasov deyib ki, bir çox məktəblərdə kimya fənninin tədrisindən imtina edilir. Onun sözlərinə görə, bu problemlərin həlli üçün kimya müəllimlərinin hazırlanması qaydaları (metodologiyası) dəyişməlidir: "10-cu sinfin 138 səhifəlik "Kimya” kitabını müəllimlər öyrədə bilmirsə, onun əsas səbəbi müəllim hazırlığı ilə bağlıdır. Ona görə müəllimlərin hazırlanması qaydaları dəyişməlidir”./APA/

MediaFax