Müəllimlər günündə müəllimi maşın vurub

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
 
Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Sultanova Zemfira Məmməd qızı "Opel-Astra” markalı avtomobillə vurulub. Ona sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir./APA/

MediaFax