Müalicəsi üçün 14 milyon xərclənib

2013-cü ildə Alp dağında sürüşərkən ağır qəza keçirərək koma vəziyyətinə düşən, o vaxtdan yaşamaq üçün mübarizə aparan məşhur pilot Mixayil Şumaxerlə bağlı inanılmaz rəqəmlər ortaya çıxıb.
 
Qəzanın ardından reablitasiya mərkəzinə yerləşdirilən və həmin vaxtdan indiyədək müalicəsinə xərclənən pulların miqdarı haqda məlumatlar yayılıb. İsveçrədəki Cenevrə gölü kənarındakı villasında fizioterapevtlər, həkimlər və tibb bacılarından ibarət tibbi personal hər gün onun müalicə edir. 

Yayılan xəbərlərə görə aradan keçən 3 ildə ümumi müalicə xərcləri 14 milyon funt sterlinqə çatıb (30 milyon manat). Həftəlik müalicə isə 115 min funt sterlinq (250 min manat) təşkil edir. 

Gland şəhəri yaxınlığındakı villadan mətbuata nə şəkil, nə də yazılı bir şey çıxarılır. Son olaraq İngiltərənin tabloid qəzetlərinin Şumaxerin fotoqrafı üçün paparazzilərə 1 milyon funt sterlinq (2.174.500 azn) təklif etdiyi müəyyənləşib. Bu üzdən göl kənarındakı villadan görüntü əldə edilməməsi üçün təhlükəsizlik tədbirləri artırılıb. 

Pilotun meneceri Sabine Kehm mövzu ilə əlaqədar bunları söyləyib: "Mixayilə savaşması üçün müsbət enerjimizi göndərməyə çalışırıq. Ailəsinə hörmət olaraq sağlıq durumu haqda bir şey söyləyə bilmərəm, çünki onlar gizliliyin qorunmasını istəyirlər"./sport7.az/

MediaFax