MTN generalları həbsxanada bir-birinin üzünə durur - Foto

Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Məlumatda bildirilir ki, üzləşmə MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb onların istintaqa bir-birinin əleyhinə verdikləri ifadə olub.

Qeyd edək ki, hər iki general Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin əsas simalarından olub./azadliq.info/
 


MediaFax