MTN generalının sürücüsünün döydüyü baş redaktordan xəbər var - Yenilənib

10:24 
 
"Gününsesi.info” saytının ötən gün saxlanılan baş redaktoru Pərviz Həşimli sərbəst buraxılıb.
 
Bununla belə, o bu gün yenidən Nərimanov rayon 16-cı Polis Bölməsinə gedəcək.
 
Qeyd edək ki, P. Həşimli avqustun 18-də "Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü ilə aralarında baş verən insident zamanı saxlanılıb.
 
Jurnalist "Facebook”da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
------------- 
19:07
 
"Gününsesi.info” saytının ötən gün saxlanılan baş redaktoru Pərviz Həşimli cərimə olunub.
 
Nərimanov rayon Məhkəməsinin qərarı ilə Pərviz Həşimli və  Zöhrab Muradovun hər biri 50 manat məbləğində inzibati qaydada cərimə olunub.
 
Qeyd edək ki, P. Həşimli avqustun 18-də metronun "Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü Zöhrab Muradovla aralarında baş verən insident zamanı saxlanılıb.
 
Jurnalist "Facebook">Facebook”da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib./apa.az/

MediaFax