“Ömrün boyu insanlığa yaraşmayan əməllərlə məşğul olmusan” - Xalq artisti deputatı təhqir etdi

Akademik Milli Dram Teatrıın aktyoru, Xalq artisti Ramiz Məlik Milli Məclisin deputatı Araz Əlizadəni təhqir edib. 

Mediafax.Az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə yazıb. O, A.Əlizadəni insanlığa yaraşmayan əməllərlə məşğul olmaqda ittiham edib:

"Sən ömrün boyu, insanlığa yaraşmayan əməllərlə məşğul olmusan. Elçi bəyi devirməyə sənin hünərin çatmazdı. O, böyük humanist idi, qan tökməmək üçün hakimiyyətdən əl çəkdi, Ulu öndəri hakimiyyətə dəvət etdi. Bunu səndən başqa hamı bilir”.

Qeyd edək ki, milliət vəkili Araz Əlizadə mətbuata müsahibə verib və orada "Elçibəyi devirməyimlə fəxr edirəm” - deyə bildirib.

MediaFax