Motosikletçini ildırım vurdu - Məşhur yarışda

Cənubi Amerikada davam edən "Dakar” ralli-marafonunda çıxış edən slovakiyalı motosikletçi İvan Yakeşi ildırım vurub.

Bu barədə Slovakiya radiosu məlumat verib.

Hadisə rallinin üçüncü mərhələsinin gedişində Argentinanın San-Salvador-de-Jujuy şəhəri yaxınlığında baş verib. Motosikletçinin bir ayağını yerə toxundurmağa macal tapdığı və bununla da, ölümdən qurtula bildiyi əlavə olunur.

Xəstəxanaya çatdırılan idmançı özünü yaxşı hiss edir və yarışlara qayıtmaq niyyətindədir./virtualaz.org/

MediaFax