Misir turistlərin işini çətinləşdirdi

Misir turistlər üçün vizanın qiymətini 25 dollardan 60 dollara yüksəldib.
 
Ölkənin Turizm Nazirliyinin məlumatına görə, birdəfəlik viza üçün yeni qiymət bu il iyulun 1-dən qüvvəyə minəcək. Nazirlikdən, həmçinin bildirilib ki, həmin tarixdən etibarən çoxgirişli viza 70 dollar olacaq. Dəyişikliklə bağlı ölkənin bütün sərhəd xidmətləri, hava və dəniz limanları məlumatlandırılıb./AZƏRTAC/

MediaFax