Milyonluq maxinasiyalar üzə çıxarılır - Kərəm Həsənovun başı dərddə

Maliyyə qurumları bir sıra müəssisələrdə yoxlamalara başlayıb.
 
Yoxlamaların predmeti təzəlikcə özəlləşdirilməyə çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində məlumat qaynağı olan mənbə verib.

Daxil olan bilgiyə görə Prezidentin son sərəncamı ilə həmin ASC-lərdəki vəziyyət ortaya çıxıb, satışa çıxarılan müəssisələrin durumu xeyli diqqət çəkib.
 
Yoxlamaların məqsədi əsasən 70% səhm paketinin vaxtilə satıldığı adamların aşkarlanması, həmin müəssisələrin hazırda müflis duruma salınmasının səbəblərinin araşdırılmasıdır.

Hazırda Komitədə böyük gərginlik yaşandığını deyən mənbəmiz bildirir ki, Komitə sədri Kərəm Həsənov da çox narahatdır./bizimyol.info/

MediaFax