“MilliÖn” aparatını mağazadan oğurladılar

Salyan rayonun Şorsulu kəndində mağazadan "MilliÖn” aparatı oğurlanıb.
 
Hadisə bu gecə Feyzullayev Aman Mirzağa oğluna məxsus ərzaq mağazasında qeydə alınıb. Mağazadan aparatdan başqa heç nə aparılmayıb.
 
Faktla bağlı araşdırma aparılır, iki nəfərin şübhəli şəxs qismində saxlandığı bildirilir./APA/

MediaFax