Millimizin keçmiş baş məşqçisi vəfat etdi

Veteran futbolçu və baş məşqçi Karlos Alberto Torres vəfat edib. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.
 
1970-ci ilin dünya çempionatının qalibi braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres bir müddət ölkəmizdə də işləyib.
 
O, 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olub.

MediaFax