Millimizin futbolçusuna maşın verdilər

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor"a klubun sponsoru tərəfindən maşın hədiyyə edilib.
 
Qaradəniz təmsilçisinin sponsoru olan "Doğuş Otomotiv" şirkəti komandaya 12 ədəd "Audi" markalı avtomobil verib.

"Audi"lərdən 9-u A3, 2-si A4, 1-i isə A7 modelindədir. Klub rəhbərliyi həmin maşınları komandanın texniki heyəti və futbolçularının istifadəsinə verib./qafqazinfo.az/

MediaFax