Millimizdə çinli idmançılar oynayacaqlar?

Azərbaycan Stolüstü Tennis İdman Federasiyası yeni milli komanda yaratmaq fikrindədir.

Bunun üçün milliyə yeni idmançılar gətiriləcək. Yeni stolüstü tennisçilər isə Çindən gətirilərək milliləşdiriləcək. Sözügedən tennisçilər üçün federasiya rəhbərliyi 150-200 min manat xərcləyəcək.

Qeyd edək ki, hazırda xanımlardan ibarət stolüstü tennis millisinin tərkibində 3 çinli idmançı var./aznews.az/

MediaFax