Millimiz dünya çempionatına qələbə ilə başladı

Bu gecə futzal üzrə Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayıb.
 
Kolumbiyada təşkil olunan mundialda millimiz ilk sınağına çıxıb. Tarixində ilk dəfə planetin ən yaxşıları arasında yer alan komandamız "F" qrupunda Mərakeş yığması ilə üz-üzə gəlib. Medelyin şəhərində keçirilən matçda millimiz rəqibinə şans verməyib - 5:0.
 
"F" qrupunun digər görüşündə  İran və İspaniya qarşılaşacaq.
 
Dünya çempionatı
Qrup mərhələsi,  I tur
F qrupu
 
13 sentyabr
Mərakeş – Azərbaycan – 0:5
Qollar: Vassura, 15, 18, 33; Qallo, 29; Tyaqu, 31./APA/

MediaFax