Milli Qəhrəmanlarla bağlı sərəncam - Məbləğ artırıldı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
 
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləği artırılaraq 1300 manat müəyyən edilib.
 
Qeyd edək ki, hazırda müavinətin məbləği 1000 manatdır.
 
Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

MediaFax