Metroda halı pisləşdi, köməyə polislər gəldi

Bu gün Bakı Metropoliteninin "28 May" stansiyasında orta yaşlı qadın huşunu itirərək yıxılıb.
 
Hadisə yerində olanlar ona kömək göstərməyə çalışıblar, lakin qadın özünə gəlməyib.
 
Daha sonra polis əməkdaşları tibbi yardım göstərilməsi üçün onu stansiyadan çıxarıblar.
 
Qadının kimliyi məlum deyil./APA/

MediaFax