Messiyə fantastik təklif

Çinin "Xebey Çayna Forçun” klubu "Barselona”nın hücumçusu Lionel Messini transfer etmək istəyir.

Qol.az-ın İspaniy mətbuatına istinadən yaydığı xəbərə görə, bunun üçün Çin klubunun argentinalı hücumçuya vergiləri çıxdıqdan sonra ilinə 100 milyon avro verməyə hazır olduğu bildirilib.

Halbuki, L.Messinin  "Barsa"da isə yeni müqavilə ilə ilinə bu məbləğdən 65 milyon avro az - 35 milyon avro qazanacağı gözlənilir.

Qeyd edək ki, "Xebey Çayna Forçun” klubunu Manuel Pelleqrini çalışdırır.

MediaFax