Məşhur şirkət 7 yaşlı qızın məktubuna cavab verdi

İngiltərənin Herefond əyalətindən 7 yaşlı bir qız uşağı Google-a əl yazısıyla məktub yazaraq işə qəbul olunmaq üçün rica etdi.
 
Cavab isə şirkətin CEO-sundan (baş idarə edən direktor) gəldi. 

Kloye Googleyə yazdığı məktubda kompyuter vərdişlərinə sahib olduğunu və "armud kreslolarda oturub, sürüşkənlərdən sürüşə biləcəyi bir ofisdə işləmək istədiyini” danışıb. 

Google işçilərinə rəngli və sərbəst işləmə şəraiti olan ofislər təmin etməsilə məşhurdur.

Məktubunda planşet və kompyuterdən istifadə edə bildiyini, oxumağı, hecalamağı, toplama və komyuter oyunları oynamağı bacardığını deyən Kloye müəllimləri və ailəsinin onu çox bacarıqlı uşaq olduğunu dediklərini də əlavə edib.

"Atam dərslərimdə  yaxşı olmağa davam edərsəm, bir gün Googldə işləyə biləcəyimi deyir” yazdığı məktubunda iş üçün müraciət etmənin necə bir şey olduğunu bilmədiyini, yalnız bu məktubun yaxşı ola biləcəyini düşündüyünü anladan qızcığaz ”məktubumu oxuduğunuz üçün təşəkkür edirəm, çünki daha əvvəl də Santa Klausa məktub yazmışdım” deyə bitirib .

Balaca qıza cavab Googlenin baş direktoru  Sandar Pikaidən gəldi.

Pikai Kloyeyə verdiyi cavabda "Əgər çalışmağa davam edərsən və xəyallarını unutmazsan hər şeyi bacara bilərsən. Google də işləyə bilərsən, Olimpiadada üzmə çempionu da ola bilərsən”, sözlərini yazdı. 

"Məktəbi bitirdiyin zaman işə düzəlmək üçün edəcəyin müraciəti həyəcanla gözləyəcəyik” deyən Pikaiyə təşəkkür məhz  Kloyenin atasından gəldi. Qızının bir avtoqəza nəticəsində özgüvənin itirməsinin və bu məktubun onu çox xoşbəxt etdiyini və məşğələlərə davam etməsi üçün şövqləndirdiyini bildirib./bizimxeber.az/

MediaFax