Məşhur müğənninin halı pisləşdi - Demokratiya mitinqində

Ötən gün Taksimdə baş tutan demokratiyaya dəstək aksiyasında müğənni Zerrin Özerin səhhəti pisləşib.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni səhnədə uzun müddət ayaq üstü dayandığına görə onda kəskin bel ağrıları başlayıb. O? köməkçilərinin yardımı ilə səhnədən enib. Səhnədən düşərkən isə göz yaşlarına hakim ola bilməyib. Allahdan bu birlik və bərabərliyin hər zaman davam etməsini istəyib. Qeyd edək ki, sənətçi yanlış əməliyyat edildiyinə görə ayaqlarında problem yaranıb.

MediaFax