Məşhur müğənni Britni Spirs ölüb? - Yenilənib

26.12.2016 
21:53
 
"Sony Music” şirkətinin rəsmi "Twitter” mikrobloqunda məşhur müğənni Britni Spirsin ölümü barədə xəbər yayılıb.

Virtualaz.org məlumat verir ki, amerikalı ulduzun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi və yaxın saatlarda ətraflı məlumat veriləcəyi bildirilir.

Maraqlıdır ki, bu tvitlə demək olar ki, eyni vaxtda Bob Dilanın rəsmi mikrobloqunda eyni xəbər paylaşılıb. Az sonra həmin tvitlər silinib.

Məlumat dəqiqləşdirilir.
 
-----------------
27.12.2016
15:45
 
"Sony Music” şirkəti amerikalı müğənni Britni Spirsdən üzr istəyib.

Virtualaz.org xatırladır ki, dünən axşam şirkətin rəsmi "Twitter” hesablnda Britni Spirsin ölümü barədə xəbər yayımlanmışdı.

Sonradan "Sony Music” hesabının hakerlər tərəfindən sındırıldığını və bu xəbərin də məhz həmin vaxtda yayımlandığını bildirib. Sonradan bu yanlış tvitlər silinib.

--------------------
26.12.2016 
21:53
 

MediaFax