Məhşur jurnalın üz qabığında Quran ayəsi

"Taym” jurnalının üz qabığındakı başlıq görənləri xeyli təəccübləndirib.
 
ABŞ nəşri olan "Taym” jurnalının Qurani-Kərimdən bir ayəni başlıq etməsi gündəmi zəbt edib.

Suriyada dağıntılar altında qalan uşaqları xilas etmək üçün həyatlarını riskə atan ağ dəbilqəli xilasedicilərin fədakarlığını "Taym” Qurandan "Hər kim bir can qurtarsa, bütün insanlığı xilas etmiş sayılar" ifadəsilə önə çıxarıb.
  
Xəbərdə "Ağ dəbilqəlilər 60 min can qurtardılar" deyilir. Nobel Sülh Mükafatına namizəd olan Ağ dəbilqəlilər isə "Mükafat deyil, sülh istəyirik" söyləyiblər./milli.az/

MediaFax