Məşhur hakimin kobud səhvi - Video

Cüneyt Çakır top qapıçının əlinə dəydiyinə görə onbirmetrlik cərimə təyin edib
 
Türkiyə çempionatında "Rizespor” və "Osmanlıspor” komandaları arasında keçirilən oyunda avtoritetli hakim Cüneyt Çakır dəhşətli səhvə yol verib.
 
O, qonaq klubun qapısına qapıçı Jidrunas Karçemarskas əllə oynadığı üçün onbir metrlik cərimə zərbəsi təyin edib.

Ancaq qapıçı bu zaman özünün cərimə meydanından kənara çıxmayıb.

Bu epizod oyunun 67-ci dəqiqəsində qeydə alınıb. Ancaq topa yaxınlaşan Yakob Yanşter onu qapıdan keçirə bilməyib.

Çakır 91-ci dəqiqədə daha bir onbirmetrlik cərimə zərbəsi təyin edib. Bu dəfə qərar "Osmanlıspor”un xeyrinə olub. Musa Çağıran bu hədəfdən yayınmayıb.
 
Oyun da 1:0 hesabı ilə başa çatıb./modern.az/
 

MediaFax